2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda mühakimə olunan daha bir qrup Ermənistan vətəndaşına hökm oxundu

Hökmə əsasən, Ermənistan vətəndaşları cəzalarını çəkəndən sonra Azərbaycan ərazisindən deportasiya olunmalıdır

Azərbaycanla Ermənistan arasındakı mübaribə başa çatandan təxminən bir ay sonra – dekabrın 13-də Hadrut meşələrində saxlanılan ermənilərdən daha 13 nəfərinin Bakıda mühakiməsi yekunlaşıb. İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hakim Eldar İsmayılovun sədrliyilə çıxarılan hökmə əsasən, Haykaz Hovanesyan, Varazdat Manukyan, David Stepanyan, Levan Tosunyan, Artur Baqdasaryan, Serop Avakyan, Varazdat Arutyunyan, Jora Manukyan, Hrayr Herabyan, Narek Qosparyan, Qriqor Kureqyan, Aşot Qevorkyan və Martin Aqramanyanın hər biri 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə onlara qarşı irəli sürülmüş ittihamlardan ikisinə – Cinayət Məcəlləsinin 214.2.1 (mütəşəkkil dəstə tərəfindən terrorçuluq) və 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində basqın etmə) maddələrinə xitam verib. Təqsirləndirilən şəxslərə CM-in 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama) maddələri ilə cəza verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmə əsasən, Ermənistan vətəndaşları cəzalarını çəkəndən sonra Azərbaycan ərazisindən deportasiya olunmalıdır.

İyulun 22-də hökm elan edilməmişdən əvvəl məhkəmədə cinayət işinin materiallarındakı sənədlər elan edilib. Daha sonra prokuror çıxış edib. Prokuror da CM-in 214 və 279-cu maddələrilə verilmiş ittihamların xaric edilməsini, təqsirləndirilən şəxslərin hər birinə digər iki maddə ilə 7 il azadlıqdan məhrumetmə cəzası cəzası kəsilməsini təklif edib.

Ardınca çıxış edən vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Daha sonra Ermənistan vətəndaşlarına son söz demək təklif olunub. Onlar hamısı terrorçu olmadıqlarını, Azərbaycana qarşı təxribat planlaşdırmadıqlarını bildiriblər. Məhkəmədən ədalətli qərar çıxarılmasını istəyiblər.

Bundan sonra hökm çıxarmaq üçün müşavirəyə gedən Eldar İsmayılov, Cavid Hüseynov və Samir Əliyevdən ibarət hakimlər kollegiyası bir neçə dəqiqə sonra geri qayıdaraq, qərarını elan edib.

Hadrut meşələrində saxlanılanlardan daha 14 nəfərin məhkəməsi iyulun 2-də yekunlaşıb. Onlara 6 ay həbs cəzası verilib. Həmin günlərdə Ermənistan Ağdamdakı minaların xəritəsini Azərbaycana təqdim edərək, bir qrup vətəndaşını geri alıb.

Dekabrın 13-də saxlanılanlardan bir qisminin məhkəməsi isə davam edir. Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər müharibə başa çatandan sonra təqsirləndirilən şəxslər silahlanaraq, gizli şəkildə meşələrdə yerləşib, orada Azərbaycana qarşı terror-təxribatlar törətməklə məşğul olublar. Onlar dekabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Təqsirləndirilən şəxslər isə ifadələrində bildiriblər ki, onlar Hadrut meşələrinə özbaşına gəlməyiblər. Onları noyabrın 26-27-də Gümrüdə hərbi komissarlıqdan göndəriblər. Yolda rus sülhməramlılar da onları görüb. Hətta ruslar onları müşayiət edən polkovniklə söhbətləşiblər. Onları yoxlamadan buraxıblar: “Bizə göndərəndə demişdilər ki, orada növbə çəkəcəyik. Dekabrın 13-də əmr gəldi ki, növbə dəyişir. Biz də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri saxladı”.


24 saat” “Bakıda mühakimə olunan daha bir qrup Ermənistan vətəndaşına hökm oxundu” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button