2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda nəqliyyatın hərəkəti çətinləşdi

“Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb”.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, hazırda yollar buz bağlayıb:
“Bu vəziyyət daha çox paytaxtın nisbətən yükək ərzilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir. Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır.
Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir”.
M.Ağayev bildirib ki, bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button