Xəbərlər

Bakıda NATO günləri başlayıb

Noyabrın 21-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda noyabrın 21-dən “NATO günləri”nə start verilib.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

Azərbaycan Şimali Atlantik Bloku (NATO) ilə ötən əsrin 90-ci illərindən əməkdaşlıq edir. Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədini imzalayıb.

2005-ci ildən isə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramını imzalayıb. Amma Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Zaporojye AES ərazisində partlayışlar olduğu bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button