2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda nazirliyin əməkdaşının evini taladılar: 30 min manat, 8 min dollar…

Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

24saat.org  report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərisini sıxıb açmaqla içəri daxil olublar. Oğrular evdən 30000 manat, 8000 dollar və dəyəri 10000 manat olan qızıl-zinət əşyaları aparıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik əməkdaşı oğurluq faktını işdən evə qayıtdıqdan sonra öyrənib. O, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Məlikzadə Ədliyyə Nazirliyinin əməkdaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button