2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda oğul 80 yaşlı atasını diri-diri yandırdı

Bakıda evində yanaraq ölən ahıl kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub.

Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 80 yaşlı İmdad Mehdi oğlu Mehdiyevi öz oğlu, 1986-cı il təvəllüdlü İlyas İmdad oğlu Mehdiyev ev qarışıq yandıraraq öldürüb.

İ.Mehdiyev polisə gedərək könüllü təslim olub. O, buna səbəb kimi atasının anası ilə yol getməməsini göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

***

Bakıda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button