Now Reading:
Bakıda özəl bağçada uşaqlara işgəncə verilir – Videofakt

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.

Azxeber.com-un məlumatına görə, video müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Kadrlarda da açıq-aydın görünür ki, bağçada hər gün uşaqlara dözülməz zülm yaşadılır.

Həmçinin bildirilir ki, bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.