Now Reading:
Bakıda polis bıçaqlandı

Nəsimi rayonunda kafedə dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb. Hadisə Nihat kafesində baş verib.

Belə ki, 22 yaşlı Abdullayev Nazir Xəqani oğlu kafedə mübahisə edib. O, 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu ilə əlbəyaxa dava edib.

Dava zamanı S.İsgəndərli bıçaqlanıb. S.İsgəndərli N.Abdullayevə müqavimət göstərərkən onun ayağına xəsarət yetirib.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Verilən məlumata görə, yaralılardan S.İsgəndərli Nizami RPİ-də polis leytenantı kimi fəaliyyət göstərir.

“Report”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.