2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda pulla dolu seyfi oğurlayanlar: “Ehtiyacı olanlara verdik”

Nərimanov ərazisində yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayan Samir Ulubəyov, evinə gələndə, otaqlardan birinin divarına bərkidilmiş dəmir seyfin yoxa çıxdığını görüb.
ARB TV xəbər verir ki, DİN-nin 102 zəng xidməti ilə əlaqə saxlayan zərərçəkmiş, hadisə barədə məlumat verdikdən sonra, Ulubəyovun evinə Nərimanov rayon Polis əməliyyatçıları gəlib.
Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində, içərisində 39 min 900 dollar və 30 min avro olan seyfin, Samir Ulbəyovun ailəvi dostluq münasibətində olduğu Sadiq Heybətov tərəfindən qarət edilməsi məlum olub.
Xəyanətkar dost, cızdığı planı tək həyata keçirə bilməyəcəyini anlayanda, bu işə Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan tanışları Röyal və Aslanı da cəlb edib.
Sadiqin sözlərinə görə, mənzilin əvvəlcədən hansı vaxt boş olacağını bilib. İçəri daxil olan isə, 23 yaşlı Röyal Kərimli olub.
Sadiq Heybətov: “Mən onunla bir yerdə olmuşdum, yay aylarında. Onda seyfi görmüşdüm. Təmir gedirdi, yerini bilirdik. Ayın 11-i evə baxış elədik. 15-i bazar günü, 18:00-da gəldik görüşdük. İpi salladıq, Röyal düşdü kəndir vasitəsi ilə. Lomnan seyfi yerindən çıxardıb, prastinaya bürüdük və ordan çıxardıq”.
İşin əsas məsləhətçisi Sadiqin planın ardınıysa, hadisənin əsas icraçısı Röyal danışıb.
Röyal Kərimli: “Seyfi çıxartdım, linglə. Ordan getdik seyfi açdıq. Orda olan pulları 3 nəfər arasında böldük. Əməlimə görə də çox peşimanam. Yəni istəməzdim belə olsun, cavan oğlanam”.
Hadisədə sürücü qismində iştirak edən Mikayıl Aslanovun dediyinə görə, seyfdəki pulları Sadıqgilin həyətində böldükdən sonra, Röyalla evə gedərkən seyfi Lökbatan qəsəbəsi ərazisindəki kolluğa tullayıblar. Bölünən pulların hara xərclənməsinə gəlincə isə, bu sualın ən maraqlı cavabını da Aslan verib. O, haram pulla, halal iş görüb.
Aslan Mikayılov: “500 manatlıq xərc çəkib dəlixanaya ət, yemək-içmək, siqaret vermişəm. Sonra nə bilim, getdik Lənkəranda yetimlər evi varıydı, bir az da ora xərc çəkdik. İndiyənəcən yadımdadı. Məhəmməd idi adı, balaca uşaq. Qabağımıza çıxdı. Heçnə, belə də brat. Qalanı da yemək-içmək, nə bilim, ora get, bura get”.Başqasının pulu ilə xeyriyyətçilik edən şəxs, sən demə qarət olunan mənzilin, Sadiqin yaxın dostu olduğunu da bilmirmiş.
Aslan Mikayılov: “Tutulandan sonra bilmişik. Mən şəxsən bilməmişəm ki, Sadiqin dostunun evidir. Bilsəydim, mən heç vaxt eləməzdim belə bir şeyi. Özümdən götürüm, mən dost deyirəm, qardaş deyirəm kiməsə, səhər durum kiməsə deyim ki, gedək dostumun evini yaraq. Bizə deyilmişdi ki, bir biznesmen var, onun evidir. Dostluq söhbətinə görə deyə bilərəm ki, belə şey olmaz”.
Saxlanılan şəxslərin barəsində Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button