2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda qadın zorakılığına qarşı veloyürüş olub

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərtac-ın məlumatına görə, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Son illər Azərbaycanda bəzi hüquq müdafiəçiləri ölkənin “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyasına qoşulamasını təklif edir.

Amma rəsmilər, hələ ki, bu təklifə müsbət reaksiya verməyiblər. 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında həmin konvensiya qəbul edilib və ölkələrin qoşulması üçün açıq elan olunub.

Rəsmi statistik rəqəmlərə görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı 2020-ci illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin 80 faizə yaxınını qadınlar təşkil edib.

Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münqaişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan 1 qadının özünü öldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və 5 uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətilə üzləşdiyi bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button