2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda qardaşına görə intihara cəhd etdi – FHN və polis səfərbər oldu (VİDEO)

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 22 yaşlı gənc intihara cəhd edib.

az24saat.org-nun APA TV-yə istinadən xəbərinə görə, hadisə Əli İsazadə küçəsi, 1 ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğlu əlində bıçaq həmin ünvanda yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar edəcəyini bildirib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərdən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Cavidi fikrindən daşındırmağa çalışıb. Anası Zərnişan Rüstəmovanın dediklərinə görə, Cavidin Emin adlı 17 yaşlı qardaşı may ayının 21-də müəmmalı şəkildə ölüb. Rayon prokurorluğu tərəfindən onun da özünü həmin binanın damından ataraq intihar etdiyi açıqlanıb. İntiharın istintaqından narazı qalan Сavid eyni üsulla etirazını çatdırmaq istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün səylərə baxmayaraq, C.Sadiqov bıçaqla özünə xəsarət yetirib. Yalnız bundan sonra damda olan polis əməkdaşları və FHN-in xilasediciləri onu aşağı endirib və hadisə yerinə cəlb olunmuş həkimlərə təhvil verib. Hadisə vaxtı sərxoş olduğu deyilən 22 yaşlı С.Sadiqov yaralı halda dərhal xəstəxanaya çatdırılıb.
https://youtu.be/z65qujlTd3Q

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button