2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda qolu Xəzərə kimi uzanan mağaradan FOTOREPORTAJ

Bakının Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən Kühül dağı və mağara özündə gizli tarixi əks etdirir. Bu dağ və mağara Bakının tarixi əhəmiyyətini bir daha vurğulayır. O, vaxtı ilə Bakının ən yaxşı təsviri hesab olunurmuş.

Bakıxanov qəsəbəsində yerləşən dağda olan mağaranın girişinin eni 5 metr, hündürlüyü 13,6 metr olmaqla iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38,4, eni 5, ikinci otağın uzunluğu 7,9, eni isə 7 metrdir. Mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir. Sakinlərin sözlərinə və yazılı mənbələrə görə, mağara 2 km uzunluğundakı qol vasitəsi ilə Xəzər dənizinə çıxır.

İllər keçdikcə, mağara haqqında fərqli əfsanələr də danışılır. Onlardan birində, orta əsrlərdə mağaranın qarşısına dəvət olunmamış qonaqlardan və vəhşi heyvanlardan qorunmaq üçün daş divar çəkildiyi deyilir ki, bu da insanların həmin yerdən yaşamaq üçün istifadə etdiklərini göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başlayıb. Hazırda bu ərazi hava limanına aparan magistraldan görünmür. Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrilib.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

The post Bakıda qolu Xəzərə kimi uzanan mağaradan FOTOREPORTAJ appeared first on 24 saat.

24 saat” “Bakıda qolu Xəzərə kimi uzanan mağaradan FOTOREPORTAJ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button