2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıda sərnişin avtobusu qəza törətdi – Ölən və yaralanan var

Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.

Hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. “Mercedes” markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb. M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayancağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin – 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
///”Report”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button