2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda şagirdin bıçaqlanması barədə RƏSMİ MƏLUMAT

Dünən paytaxtın Nizami rayonundakı Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə şagirdin digər şagird tərəfindən bıçaqlanması hadisəsi baş verib. Lent.az hadisə ilə bağlı məktəblə əlaqə saxlayıb. Təhsil müəssisəsindən bildirilib ki, martın 27-də məktəbdən kənarda şagirdlər arasında mübahisə yaranıb: “Tənəffüs zamanı küçədə məktəbin XI sinif şagirdi ilə X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasındakı mübahisə yaranıb. Bu zaman onları aralamaq istəyərkən başqa bir XI sinif şagirdi üz və boyun nahiyəsindən xəsarətlər alıb. Hazırda həmin şagird xəstəxanasındadır. Şagirdin sağlamlığı ilə bağlı ciddi problem yoxdur”.

Məktəbdən bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən işlə bağlı araşdırma aparılır: “Xəsarət yetirən şagird davamiyyəti zəif, məktəbdaxili nizam–intizam qaydalarına əməl etməyən şagirddir. Xəsarət alan şagird isə orta tədris göstəricilərinə malik və məktəbdaxili nizam–intizam qaydalarına əməl edən şagirdlərdəndir. Hadisədən sonra məktəb rəhbərliyi valideynlərlə müvafiq söhbət aparıb və onlara zəruri tövsiyələr verilib”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, 272 nömrəli tam orta məktəbin iki şagirdinin arasında baş vermiş insidentlə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button