2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıda şirkət 90-dan çox işçisini qovdu: “Yolu bağlayacağıq…”

Bakıda tikinti şirkətinin 90-dan çox işçisi bir gündə işdən çıxarılıb.

az24saat.org bildirir ki, bu barədə “Baku.ws”ə “North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər.

Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik”, – deyə şikayətçilər bildirib.

Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.

“Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar”, – deyə “North West” şirkətindən çıxarılan Kənan Əmrahlı bildirib.

90-dan çox işçi etiraz əlaməti olaraq Aeroport yolunu bağlayacaqlarını söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button