2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda terror cəhdində ittiham olunan Rusiya vətəndaşına 10 il həbs cəzası verildi

Eduard Dubakov özünü təqsirli bilmir, Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini deyir

Ermənilərin Qarabağda hərbi təlimlərində iştirak edib, daha sonra terror məqsədilə Bakıya gəlməkdə ittiham olunan Rusiya vətəndaşı Eduard Dubakovun mühakiməsi yekunlaşıb. İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, Eduard Dubakov Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq məqsədi ilə təlim keçmə), 218.2 (Cinayətkar birlik, mütəşəkkil dəstənin tərkibində iştirak) və 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzası başa çatandan sonra isə ölkədən deportasiya edilməlidir.

Hökmdən əvvəl Eduard Dubakov məhkəmədə son sözünü deyib. O bildirib ki, terrorçuluq və digər ittihamları qəbul etmir.

Saytların yığılması Saytlarin yigilmasi

“Mənim günahım yoxdur. Özümü mənə qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilmirəm. O ittihamlarda yazılanları qəbul eləmirəm. Mən Azərbaycan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etmişəm. Bakıya da buna görə gəlmişdim. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”, – Eduard Dubakov təxminən bir dəqiqəlik son sözündə belə deyib.

Bundan sonra Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası müşavirəyə gedib və az sonra geri qayıdaraq, hökmü elan edib.

Eduard Dubakov məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bildiyini deyib. Atasının Bakı ermənisi olduğunu, burada doğulub böyüdüyünü deyən təqsirləndirilən şəxs iddia edib ki, o, 2018-ci ildən Azərbaycan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyinə görə bu ilin yanvarında Bakıya gəlmişdi: “Bakıya həm pul mükafatını, həm də tapşırıq almağa gəlmişdim. Gəlişim barədə xəbər verdim, harada olduğumu dedim. Bulvarda qəfildən məni həbs elədilər”.

Eduard Dubakov eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarıyla da əməkdaşlıq etdiyini bildirib.


24 saat” “Bakıda terror cəhdində ittiham olunan Rusiya vətəndaşına 10 il həbs cəzası verildi” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button