Loading...
Loading...
Gündəm

Bakıda toz dumanı 2 gün davam edə bilər

İyunun 20-də səhər saatlarından başlayaraq Bakıda toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, toz dumanı BakıAbşeron yarımadasına cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olub.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir.

MHX-dən bildirilir ki, avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksəkdir.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

24 saat” “Bakıda toz dumanı 2 gün davam edə bilər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button