Gündəm

Bakıda transformatora girən uşaq yandı

Bakıda azyaşlı uşağın yanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un xəbərinə görə, insident Xəzər rayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Abbasova Aysu Taleh qızı həmyaşıdları ilə futbol oynayarkən, top yaxınlıqdakı transformatorun yanına düşüb. A.Abbasova topu axtararkən transformatorun içərisinə daxil olub. Bu zaman uşaq ehtiyatsızlıqdan açıq elektrik naqillərinə toxunub. Nəticədə A.Abbasovanı cərəyan vuraraq yandırıb.

Ağır xəsarət alan uşaq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, uşaq Bakıya Sabirabad rayonundan ailəsi ilə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close