Siyasət
Bakıda yeniyetmələrin kütləvi davası, 4 nəfər bıçaqlanıb
Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Toplum TV xəbər verir ki, bu barədə noyabrın 30-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 28-də gecə saatlarında baş verib.
Məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırmanın aparıldığı qeyd olunub.