2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda zibillikdə yaşayanlar – VİDEO

Bura onun doğulub böyüdüyü yox, sığındığı məhəllədir. Orta yaşlı, hətta adını bilmədiyimiz bu xanıma yaxınlaşıb, həyat hekayəsini dinləmək istədik. İmtina etdi
Niyə danışmamağının səbəbini soruşdum, dedi ki, onsuz da heç kim kömək etməyəcək. Məhəllə sakinlərindən öyrəndik ki, kimsəsizdir, uzun illərdir Binəqədi rayonu Cəfər Xəndan küçəsində özü üçün balaca bir sığınacaq düzəldib. Gündüzlər burda oturur, gecələri isə hərdən qonşuların evlərində.
Çəkilişdən imtina etdiyini görüb onu çox narahat etmədik, ayrılanda isə digər bir məhəllədə “məndən də acınacaqlı gündə yaşayanlar var” dediyini eşitdim.
Doğru deyirmiş. Məhəllə sakinləri də dedi ki, bu iki nəfər də zibilliyin ətrafındakı yarımtikilidə qalır. Digah sakini olduğunu deyən müsahibimiz zibillikdən banka toplayıb satır: “Heç harda işləmirəm, iş yoxdur. Fəhləlik də edirəm, elə olur ki, banka yığıb satır, çörək pulumu çıxarıram”.
Əslən Gədəbəydən olduğunu deyən 64 yaşlı Çingiz  dayı bir ildir işləmir. Həyat yoldaşı rəhmətə gedəndən sonra yenidən evlənməyib. On ildir bacısının Digahdakı evinə pənah gətirib: “Qapılarda fəhləlik edirdim, kimin qapısı olsa. Hərdən-birdən gəlirəm ki, heç olmazsa, bir az pulum olsun. İşim olmadığından, küçələrdə qalmışam”.
Zibilliyin ətrafındakı  yarımtikilidə məskunlaşanlardan biri də milliyyətcə rus olan Bakı sakinidir. Səliqəli geyinmişdi. Yaxınlaşıb dinləmək istəsək də müsahibədən imtina etdi.
Onların sayı  Bakıda nə birdir, nə beş. Nə yaşamağa yerləri, nə üz tutacaqları ünvanları, nə də onları ovudacaq doğmaları yoxdur. Küskündürlər, danışmaq və yaşadıqlarını anlatmaq belə istəmirlər.
Susandan kim anlar ki? Susaraq danışanlardır onlar…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button