2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb

Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.

24saat.org Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.

Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra o, “Təcili yardım” maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o, birgünlükdür. Hazırda körpə institutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button