2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıdakı məktəblərdən birinin fəaliyyəti dayandırıldı

Yeni tədris ilindən Bakıda fəaliyyət göstərən Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin fəaliyyəti dayandırılıb.

APA-nın xəbərinə görə, 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb. Məktəbdən fakt təsdiqlənib və bildirilib ki, bu ildən məktəbə qəbul dayandırılıb və bağlanıb. Müəllimlər öz dərs saatlarına uyğun olaraq digər məktəblərə yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən saytın sorğusuna cavab olaraq bildirilib ki, idarədə hazırda mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir. Şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir. Qeyd olunub ki, son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla yanaşı, Bakıda meqapolisin inkişaf istiqamətlərinin bir sıra hallarda mövcud məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi halları da müşahidə edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Şəhərin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədi və Sulutəpə kimi yaşayış qəsəbələrində şəbəkədə həddən artıq sıxlıq yaranıb. Bu il elektron qeydiyyat sistemi vasitəsilə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaradıb. Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul prosesi başa çatdıqdan sonra Təhsil Nazirliyinə bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button