2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıdakı qəzada ölən britaniyalının ailəsi “Formula-1” rəhbərinə və Mehriban Əliyevaya üz tutdu

Ötən il Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı yol qəzasında həlak olan britaniyalının ailəsi “Formula-1” yarışlarının rəhbəri Berni Ekklstouna və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya müraciət edərək diqqəti ölkədə yol hərəkətinin təhlükəsizliyinə yönəldib. Virtualaz.org xəbər verir ki, Mixey Maksvill-Millnin ailəsi yaxınlaşmaqda olan “Formula 1” yarışlarından istifadə edərək Azərbaycan yollarında ölümlə nəticələnən yol qəzalarının sayının yüksək olmasına diqqəti cəlb edib. Ailənin müraciəti haqda BT.com yazır.

Mixey Maksvill-Milln Avropa Oyunlarının bağlanış mərasimini hazırlayan komandanın üzvü idi və ötən ilin iyun ayında onun getdiyi avtomobil Bakının Heydər Əliyev prospektində mikroavtobusla toqquşub. Nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Qəza mikroavtobusun yol hərəkət qaydalarını pozaraq qarşı hərəkət zolağına çıxması səbəbindən baş verib.

Maksvill-Millnin anası bildirir ki, Berni Ekklstoun və Azərbaycan hakimiyyəti Bakıda “Formula 1” yarışları ərəfəsində yol hərəkəti təhlükəsizliyinin aşağı olmasına diqqət yetirməlidir. Ceniffer Maksvill-Milln deyir ki, sürücülük vəsiqəsi az qala Bakı küçələrində satılır və Azərbaycana səyahət edən insanları qorumaq üçün daha çox iş görülməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Ailə həmçinin Britaniya XİN-in Azərbaycan yollarındakı vəziyyət barədə tövsiyəsindən sitat gətirir: “Bir çox avtombillər pis vəziyyətdədir, qəza şəraiti yaratmaq və avtomobili təhlükəli idarə etmək ümumi problemdir, yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsi aşağıdır”.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ilə olan hesabatına görə Azərbaycanda hər yüz min adamdan 10-u qəzada ölür. Britaniyada isə bu rəqəm 2.9-dur.

Xanım Maksvell-Milln Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya da müraciət edərək vəziyyətin dəyişməsi üçün əlindən gələni etməyə çağırır. “Biz cənab Ekklstounu və “Formula 1” yarışlarının minlərlə azarkeşinin təhlükəsizliyini təmin etməyə cavabdeh olanlara müraciət edirik ki, bu idman yarışlarından diqqəti Azərbaycanda yol təhlükəsizliyinin artırılmasına yönəltmək üçün istifadə etsinlər”, – o bildirib.

Bildirilir ki, “Leigh Day” hüquq firmasından olan vəkil Klara Kempbell qəzaya səbəb olan mikroavtobusun mənsub olduğu şirkətdən kompensasiya alınması üçün mülki iddia qaldırıb.

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button