2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakının ən böyük dərdi

Bakıda  ictimai nəqliyyatı Avropa səviyyəsinə qaldırmağı qarşıya məqsəd qoyan “BakuBus” sakinlərin ümüdlərini doğrultmayıb.

A24.Az-ın araşdırmasına görə, uzun müddətdir şəhər sakinləri avtobusların dayacaqlara gec gəlməsindən şikayətlənir. Eləcə də “BakuBus” avtobusları ilə bağlı dayanacaqlarda quraşdırılmış Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin monitorlarında da heç bir məlumat yoxdur.

Bir müddət əvvəl gözəl vədlər verilirdi ki,  “BakuBus”lar, həmçinin NİİM monitorları Bakıya gətiriləndə sakinlərin bütün problemləri həll olunacaq, daha işə gecikən olmayacaq, hər kəs gedəcəyi avtobusun gəlmə vaxtını bilib, ona görə hərəkət edəcəkdi. Bu yerdə deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Mənzərə isə eynidir. Yenə də dayanacaqlarda gözləyən insanlar, avtobuslarda bir-birini tapdalayan sərnişinlər… Bir sözlə, heç nə dəyişməyib.

Saytların yığılması Saytlarin yigilmasi

14422276751994420137

A24.Az-a yaranmış problemlərlə bağlı açıqlama verən “BakuBus” MMC-nin mətbuat şöbəsinin rəhbəri Mansur Piriyev artıq problemin həll olunduğunu, lakin onlardan aslı olmayan səbələrdən dolayı gecikmələrin yarandığını qeyd edib. Onun sözlərinə görə, yay iş qrafikinin başa çatması və eyni zamanda, yeni təhsil ilinin başlaması ilə əlaqədar olaraq artıq sentyabrın 15-dən etibarən “BakuBus”un xidmət göstərdiyi bütün marşrut xətləri gücləndirilmiş iş şəraitinə keçib.

14358749_1134117203325263_2529000709631246191_n

“Bütün marşrut xətləri üzrə əlavə avtobuslar xəttə buraxılıb və intervallar maksium aşağı həddə salınıb. Marşrut xətlərindən asılı olaraq 3, 4 və ya 5 dəqiqəyə. Eyni zamanda 24 saat ərzində avtobuslarımız onlayın şəkildə izlənilir və qaynar xəttdə daxil olan zənglər əsasında, xüsusən günün pik saatlarında ehtiyac yaranarsa, operativ şəkildə xətlərə əlavə avtobuslar da çıxarılır.

Ancaq bizdən asılı olmayan səbəblərdən, xüsusən mərkəzdə olan dayanacaqlarda intervallarla bağlı müəyyən gecikmə qeydə alınır. Bu, əsasən yaranmış müvəqqəti tıxaclarla bağlı olur. Təbi ki, əgər yol bağlıdırsa, avtobus yolun açılmasına qədər hərəkət edə bilmir. Bu isə intervalın müvəqqəti uzanmasına gətirib çıxarır. İstənilən halda, biz hadisəyə müdaxilə edir və marşrut xəttini yenidən öz axarına, yəni təyin olunmuş intervala endiririk. Təbii ki, buna müəyyən vaxt sərf olunur”,- deyə Mansur Piriyev bildirib.

Avtobuslarda sərnişin sıxlığı məsləsinə toxunan Mansur Piriyev vurğulayıb: “Günün pik saatlarında yaranan tıxaclarla bağlı interval uzandıqda bu kimi hallara rast gəlmək olur. Bu zaman sərnişinlərin bir hissəsi arxadan gələn avtobusu gözləməlidirlər. Çünki tıxacdan sonra intervalı qaydasına salmaq və dayanacaqda olan sərnişinləri nəzərə alaraq arxadan gələn avtobus daha tez yəni qısa məsafə saxlamaqla hərəkət edir”.

Daha sonra Avtobuslarda adı olub özü olmayan “WiFi”lərdən danışan “BakuBus” rəsmisi bununla bağlı texniki işlərin davam etdirildiyini problemin tezliklə həll olunacağını bildirib.

Digər bir problemlə – “BakuBus”lar haqqında Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin dayanacaqlarda quraşdırılmış monitorlarında heç bir məlumatın göstərilməməsi ilə bağlı isə mərkəzin mətbuat şöbəsinin rəhbəri Rauf Mirqulamov açıqlama verib.

O, texniki işlərin getdiyini, Bakı Nəqliyyat Agentliyinin təkminləşdirmə işləri apardığnı buna görə də bəzi avtobuslarla bağlı bu cür problemlərin olduğunu söylədi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button