Now Reading:
Bakının bir hissəsi susuz qaldı

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına da təsir göstərib.

Bunu Oxu.Az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı qeyd edib ki, suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaranıb:

“Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.

Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır:

“Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.