Now Reading:
Bakının bu ərazisində TƏHLÜKƏ ARTDI – Tektonik qırılma xətti genişləndi

Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: “Yeni Günəşlidə qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2″ ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir”.

R.Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.