2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakının mərkəzi yolları bağlanır – SİYAHI

Sentyabrın 15-də Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 ili ilə əalqdar parada görə, bəzi yollar bağlanacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, paytaxtın Azadlıq meydanından başlayaraq, Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Keçiriləcək hərbi paradda iştirakçıların təhlükəsizliyini təmin etmək üçün Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən, Bayraq meydanı kimi tanınan ərazidən Yusif Səfərov və Afiyyətin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir.

Vaqif Əsədov qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər kəs yaradılmış şərait üzrə hərəkət etməlidir. O, tədbir tam başa çatanadək bu istiqamətlər üzrə hərəkət edən sürücüləri alternativ yollarla hərəkət etməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button