2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakının mərkəzində kran aşıb? – FOTO

Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

24saat.org  xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təmirə bağlanıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

11:54

Bakının mərkəzində qaldırıcı kran aşıb.

Oxu.Az xəbər verir ki, hadisə Mərkəzi Neftçilər Xəstəxanasından 28 May küçəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, kran Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətinə gedən yolun üstündəki dəmiryolu körpünün üstünə aşıb. Nəticədə körpü yararsız vəziyyətə düşüb.

Hazırda yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

Qeyd edək ki, həmin ərazidə yerləşən körpü uçma təhlükəsi ilə üzləşib. Bir müddət öncə yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button