2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakının Qarabağ açıqlaması İrəvanı qorxuya saldı

“Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər naziri Ervard Nalbandyan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun münaqişənin həlli ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, mərhələli həll üçün ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi  və bu planın Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi müzakirə olunmalıdır.

Nalbandyan razılığın əldə olunmadığını desə də prezidentlərin görüşündən sonra hər iki tərəf müzakirələrdən razılıq ifadə etdilər. Ümumilikdə Ermənistan rəhbərliyi Sankt-Peterburq görüşünə Rusiyanın təziqləri ilə razılıq verib. Çünki aprelin əvvəlində baş verən döyüşlərdən sonra Ermənistan cəmiyyətində və rəhbərliyi arasında işğal olunan ərazilərin Azərbaycana qaytarılacağı ilə bağlı qorxular hökm sürürdü.

Saytların yığılması Saytlarin yigilmasi
Edvard Nalbandyan - Ermənistanın xarici işlər naziri

Edvard Nalbandyan – Ermənistanın xarici işlər naziri

Görüşdən əvvəl Ermənistan mətbuatı və analitikləri Santk-Peterburqdə rəsmi İrəvanın güzəştə gedəcəyini proqnozlaşdırırdı. Novruz Məmmədovun açıqlaması isə Ermənistanda bu proqnozların reallığa çevirildiyi qorxusunu artırıb.

Politoloq Rasim Ağayev ANS PRESS-ə açıqlamasında bildirib ki, Edvard Nalbandyanın razılaşmanın əldə olunmasını təkzib etməsi daxili auditoriyaya hesablanıb. “Münaqişə tərəflərinin qarşısına konkret sülh planı qoyulub. Əgər hər iki tərəf bu plana razılığını verməsəyədi, Sankt-Peterburq görüşü baş tutmazdı. Amma Ermənistan hakimiyyəti üçün bu planı həyata keçirmək çox çətin olacaq. Çünki Sarkisyan rejimi əhaliyə işğal olunmuş ərazilərin geri qaytarılacağını desə, xalq hazırki hakimiyyəti o dəqiqə devirə bilər. Nalbandyanın razılığı təkzib etməsi isə insanları sakitləşdirməyə hesablanıb. Sarkisyana demək lazımdır ki, əgər razılıq əldə olunmayacaqdısa, bəs Sankt-Peterburqa niyə getmişdi?”, – deyə politoloq bildirib.

Keçmiş səfir, politoloq Fikrət Sadıqov ANS PRESS-ə açıqlamasında bildirib ki, əgər razılıq əldə olunmasa, Novruz Məmmədov belə bir açıqlama verməzdi. “Görüş zamanı şifahi olsa da müəyyən razılaşmalar əldə olunub. Ermənistan rəhbərliyi isə əhalidən çəkindiyi üçün bu razılaşmanı yalanlarla ört-basdır etmək istəyir. Ümumilikdə Novruz Məmmədovun müsahibəsində də Madrid prinsipləri öz əksini tapıb. Ona görə də Nalbandyan görüşdə əldə olunan razılaşmanı təkzib edib. O, çıxışı ilə daxili auditoriyanı sakitləşdirməyə çalışıb”, – deyə politoloq vurğulayıb.

Fikrət Sadıqov-politoloq

Fikrət Sadıqov-politoloq

Novruz Məmmədov Ermənistan rəhbərliyini qoruya salan açıqlamasında deyib ki, Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

“Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi”, – deyə Novruz Məmmədov bildirib.

O deyib ki, prezidentlər görüş zamanı bu istiqamətdə prinsip etibari ilə razılığa gəliblər.

Novruz Məmmədov - Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri

Novruz Məmmədov – Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri

Görüşdə iştirak edən iki tərəfin mövqeyi ortadadır. Yəni ki, Azərbaycan tərəfi razılığın əldə olunduğunu, Ermənistan ətrəfi olunmadığını deyir. Bu mübahisəli məqamda Rusiyanın hansı açıqlamanı verəcəyi maraq doğurmaya bilməz. Çünki Rusiya Sankt-Peterburq  görüşünün birbaşa təşkilatçısıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button