2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakının şimalındakı vulkan təkrar püskürə bilər

Telman Zeynalov: “Həmin ərazilərdə ev tikmək olmaz”

Bakıdan 12 km şimalda yerləşən Keyrəki palçıq vulkanında bu gün püskürmə baş verib. Həmin vulkan bu günədək 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb. Ekologiya və təbii sərvətlər nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, vulkan püskürməsi 15 dəqiqəyə yaxın olub. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib. Keyrəki palçıq vulkanının yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur. Məlumata görə, onların da aktivləşmə ehtimalı artıb (APA).
Ekoloq Telman Zeynalov deyir ki, palçıq vulkanı bütün dünyada sayca üç ölkədə yerləşir. Onlardan biri də Azərbaycandır. Ekoloq vulkanın püskürməsindən yalnız orada məskunlaşan əhalinin zərər görmə ehtimalının olduğunu deyir:
“İnsanlar palçıq vulkan ərazisində tikinti işi aparmamalıdır. Məmurlar əhalinin ev təminatını həll etmək üçün palçıq vulkanı ərazisində torpaq sahələrinin satılmasına icazə verirlər. Həmin ərazilərdə ev tikmək olmaz. Çünki çatlar var. Məsələnin təhlükəli tərəfi budur. Amma vulkan püskürmə məhsullarından səmərəli şəkildə istifadə etmək olar. Vulkan az qala dil açıb deyir ki, mənim tapdağımın altında sərvətlər var, ondan istifadə edin. Püskürmə məhsullarının içində yanacaq və müxtəlif kimyəvi maddəələr, alüminium, mis və s. var. Bu maddələrdən istifadə etmək, tullantılara yeni həyat vermək lazımdır. Dövlət bunu etməlidir. Vulkanın yerin altından çıxartdığı məhsulları test etmək olar. Onlara tullantı kimi baxmaq yox, yeni məhsullar almaq, bununla məşğul olan müəssisələr açmaq lazımdır. Bunun özü elə yeni iş yerləri açmaq deməkdir. Dövlət qurumları bunun fərqində olmalıdır. Yerin altından çıxan, gərəksiz deyilən məhsullar əslində, dərmana bərabərdir”.

Saytların yığılması Saytlarin yigilmasi

azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button