2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakının uşaq sığınacağında biabırçılıq

Bakıda “Umid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinə yardım aparan məktəb və müəllim heyəti təşkilatdan qovulub.
Bu barədə Unikal.org-a Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbin kollektivi bildirib.
Şikayətdə vurğulanır ki, dünən 233 saylı məktəbin bir neçə müəllim və BDU-nun tələbə heyəti sözügedən təşkilata yardım aparıb, lakin xoşagəlməz hadisə ilə qarşılaşıb.
Belə ki, müəllim və tələbələr tərəfindən uşaqlara paylanılan yardımlar körpələrin əllərindən alınıb.
Sığınacaqda yaşayan uşaqlara gətirilən məhsullar paylanılığına görə, Cəmiyyətin müəllim heyəti tərəfindən qonaqlar kobud və nəzakətsizliklə qarşılanıb. Bildirilib ki, gətirilən ərzaq və qeyri-ərzaq məhsulları özləri tərəfindən uşaqlara çatdırılacaq.
Bundan sonra məktəbin kollektivi sığınacaqda yaşayan uşaqlarla şəkil çəkdirdikdən sonra oranı tərk etmələri tələb olunub. Bildirilib ki, onların digər qonaqları da gələcək.
İddia olunur ki, gətirilən əksər yardımlar sığınacaqda yer alan uşaqlara verilmir və əksinə sözügedən təşkilatın rəhbərliyi tərəfindən daşınır. Bildirilib ki, sığınacağa qoyun əti də alıb aparılmışdı. Lakin soyuducuya qoyulmadığı üçün xarab olub, iylənmişdi. Ən faciəlisi isə uşaqların əksəriyyətinin əl və ayaqlarının yara olması idi.
Məsələ ilə bağlı Unikal.org “Umid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti ilə əlaqə saxlayıb.
Özünü Cəmiyyətin müəlliməsi kimi təqdim edən qadın şikayətin əsassız olduğunu dilə gətirib:
“Hazırda Cəmiyyətin sədri Nigar Mənsimli iclasdadır. Amma məsələdən xəbərdaram. Mən dünən işdə olmamışam. Məlumatlıyam ki, Lökbatan qəsəbəsindən məktəblilər Cəmiyyətə gəliblər. Onlar bişmiş və iylənmiş toyuqları sığınacaqda yaşayan uşaqlar üçün gətirmişdilər. Buna görə, biz sözügedən toyuq ətinin uşaqlara verilməsinin əleyhinə olduq və buna icazə vermədik”.
Uşaqların əl və ayaq nahiyəsinin yara olmasına gəldikdə isə cəmiyət rəsmisi bizi onları xəbərdar etməmiş bu təşkilata gəlib baxmağı tövsiyyə etdi: “Siz jurnalistsiz. Bizə demədən gəlib hər an bura baş çəkə bilərsiniz. Belə bir hallarla üzləşsəniz gedib yaza bilərsiniz. Hazırda Cəmiyyətin balansında 44 uşaq var. Yaxın günlərdə bunun sayı bir qədər artacaq. Amma buna baxmayaraq burada yer alan bütün uşaqlara diqqətlə yanaşılır və onların sağlamlığına böyük önəm verilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button