2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakının yarsında internetin kəsilməsinin səbəbi nədir?

Bundan sonra internet üçün ödəniş ayın əvvəlindən tələb olunacaq

Osman Gündüz: «Maarifləndirmə işlərinin aparılması, internetin kəsilə biləcəyi ilə bağlı vətəndaşa xəbərdarlığın edilməsi vacibdir»

Bakının bir hissəsi yenə internetsiz qalıb. “Bakinternet” abunəçiləri bu gün gecə saatlarından problemlə üzləşiblər və internet hələ də bərpa olunmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu şikayətlə redaksiyasına Nizami və Xətai rayonlarında yaşayan abonentlər müraciət ediblər.

“Gecə növbəsində işləyirəm. Təxminən saat 4:00-dan Nizami rayonunda internet yoxdur. Əvvəlcə elə bildim şəxsi problemdir, amma rayonun bütün internet klublarının, o cümlədən Xətai rayonunun əksər internet klublarını gəzdikdən sonra başa düşdüm ki, bu rayonların heç birində internet yoxdur. Ödənişi də vaxtında etmişəm. Heç bir xəbərdarlıqsız internetimizi kəsiblər”, – deyə şikayətçi bildirib.

Yaranmış problemlə bağlı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin Mərkəzi Dispetçer Xidmətinin mühəndisi İlqar Dünyamalıyev isə bildirdi ki, hazırda “Bakinternet”in verilişində heç bir problem yoxdur: “İnternet əlaqəsi nəzarətimizdədir, “Bakinternet”də kəsilmə yoxdur. Sadəcə olaraq, abonentlərimiz indiyə kimi bir aylıq internet istifadəsindən sonra ödəniş edirdilər. İndi ödəniş əvvəldə edilir. Bununla bağlı abonentlərimizin çoxuna sms vasitəsilə məlumat vermişik. Bəzi borclu abonentlərimiz var ki, onlar məlumatsızdırlar və borclu olduqlarına görə internetləri kəsilib. Borcu olmayan abonentlərin internetinin kəsilməsi yüklənmə ilə əlaqədar ola bilər”. (virtualaz.org)

İnternet üçün ödənişin əvvəlcədən istənilməsi dünya praktikasında necədir? İstifadəçiyə əvvəlcədən xəbərdarlıq etmədən internetinin kəsilməsi nə dərəcədə düzgündür?

Ekspert Osman Gündüz bildirdi ki, internet xidmətiylə bağlı vətəndaşa müqavilə iki formada təqdim oluna bilər. Birinci istiqamət ödəniş bitən kimi internetin kəsilməsi, ikinci istiqamət isə borca yazılma. Bu nüansların hamısı vətəndaşla razılaşdırılmalıdır: «Burada həm maarifləndirmə işlərinin aparılmasına, internetin kəsilə biləcəyi ilə bağlı vətəndaşa xəbərdarlığın edilməsi vacibdir. Həm də vətəndaşlar özləri müqaviləni imzalayarkən diqqətli olmalıdır. Ödənişlə bağlı bəndlər xüsusilə nəzarətdən keçirilməlidir. Əgər vətəndaşa seçim təqdim olunursa və bu seçim hər iki tərəfin maraqlarına uyğundursa, bu daha doğru seçimdir. Əgər abunəçi xarici ölkəyə gedib və bir neçə ay sonra qayıdıbsa, o zaman istifadə etmədiyi aylara görə ödəniş etməli olacaq. Əgər o internetin vaxtı bitən kimi kəsilməsi barədə xəbərdarlıq etməyibsə».

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button