2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bal istehsalı artıb, arı südü yox

2020-ci ildə 32 min 340 təsərrüfatda 596.7 min arı ailəsindən 6 min 647.2 ton bal əldə edilib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda yazılıb ki, habelə 157.6 ton mum, 14.6 ton vərəmum, 14.7 ton güləm və 366.1 kq arı südü əldə olunub: “Balın 1 kiloqramının orta satış qiyməti 24.9 manat, mumun – 12.7 manat, vərəmumun – 131.6 manat, güləmin – 127.2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5 manat olub”.

Məlumata görə, prezidentin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib: “2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325 min, bal istehsalı isə 3 min 604.1 ton artıb”.

DSK bir il əvvəl isə bildirmişdi ki, 2019-cu ildə 31 min 41 təsərrüfatda 542.8 min arı ailəsindən 5 min 781.3 ton bal, 156.1 ton mum, 15.8 ton vərəmum, 14.1 ton güləm və 609.7 kq arı südü əldə olunub: “Balın 1 kiloqramının orta satış qiyməti 25.1 manat, mumun – 13 manat, vərəmumun – 129.5 manat, güləmin – 77.7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4.1 manat olub”.

Xatırlatma

Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır. İşçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir. Nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir. Özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir. Onu “arı çörəyi”- “güləm” və ya “perqa” adlandırırlar.

Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə.

Vərəmum – bitkilərin tumurcuqlarının arılar tərəfindən toplanmış qatranabənzər müalicəvi məhsul.

Arı südü– arı məhsuludur. Mülicəvi məqsədlə istifadə edilir.

24 saat” “Bal istehsalı artıb, arı südü yox” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button