2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Balakən sakinləri prokuroru məhkəməyə verdi

Balakənin Meşəşambul kəndinin sakinləri rayonun prokurorunu məhkəməyə verib. Prokurordan narazı sakinlərin istədiyi odur ki, məhkəmə də onun hərəkətlərinin qanunsuz sayılması haqda qərar çıxarsın.

Kənd sakinləri AzadlıqRadiosuna bildirib ki, kənddə elektrik xətlərində gərginlik tez-tez kəskin artıb-azalır. Nəticədə Meşəşambulda bir neçə dəfə yanğın olub, sakinlərə külli miqdarda ziyan dəyib – çoxlu sayda məişət avadanlıqları sıradan çıxıb. Ən böyük yanğın isə 2020-ci ilin iyulunda Həcər Dibirovaya məxsus 14 hissədən ibarət (çörəkbişirmə, taxta sexləri, taxıl anbarı, kafe, bərbərxana, mağaza və s.) obyektdə baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanğınla eyni vaxtda kənd sakinlərinin evində də cərəyana qoşulu məişət avadanlıqları sıradan çıxıb.

“Bizi zərərçəkmiş kimi tanımır”

Həcər Dibirovanın qardaşı Musa deyir ki, ekspertizanın rəyindən də yanğının elektrik xətlərində gərginliyin artıb-azalması nəticəsində baş verdiyi aydın görünür. Lakin prokurorluq bu fakta hüquqi qiymət verib günahkarları cəzalandırmaq istəmir. Nəticədə son bir ildə Meşəşambul kənd sakinləri dəfələrlə ziyana düşüb: “Kənd sakinləri onsuz da çətinliklə dolanırlar. Bu adamların avadanlıqları sıradan çıxır. Bizim ailəyə yanğın nəticəsində külli miqdarda ziyan dəyib. Amma prokurorluq ziyana düşmüş adamları zərərçəkmiş kimi tanımaqdan imtina edir”.

Dibirovun sözlərinə görə, elektrik xətlərində gərginliyin artıb-azalması nəticəsində sonuncu dəfə aprelin 21-də 17-18 evdə paltaryuyan maşın, soyuducu, televizor yanıb.

“Kreditlə aldıqlarımız getdi…”

Kəndin başqa bir sakini Hamisat Yusubova da şikayətçilərdəndir. Onun sözlərinə görə, evində transformator, televizor və sayğac sıradan çıxmışdı. Deyir ki, sayğacı dərhal gəlib dəyişiblər: “Yaşlı adamam, evdə uşaqla tək idim. Uşağın qorxudan ürəyi getdi. Bir gün işığın pulunu gecikdirəndə, az verəndə dərhal gəlirlər. Bəs niyə bu problemə illərdir bir çarə eləmirlər? Bu adamlar yazıq deyil? Camaat kreditlə televizor, paltaryuyan almışdı, hamısı getdi”.

“Küləkdən olub”

“Azərişıq” ASC-nin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, aprelin 21-də baş verənlər elektrik xətlərində gərginliyin artıb-azalmasının nəticəsi olmayıb. Həmin gün güclü külək və qasırğa nəticəsində Meşəşambul kəndində ağaclar aşıb, 10 kV-luq dayaq əyilib: “Nəticədə 10 kV-luq hava xətti 0.4 kV-luq hava xəttinə dəyib, kənddə işıqlar sönüb və elektrik enerjisi təsərrüfatına müəyyən ziyan dəyib. Amma qısa zamanda təmir-bərpa işləri görülüb və elektrik enerjisinin təchizatı bərpa edilib”.

Dibirovanın obyektindəki yanğınla bağlı öncə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılıb. Sonra materiallar prokurorluğa göndərilib. Balakən rayon Prokurorluğundan bildirilib ki, materiallar araşdırılır.

“Yoxlamanın nəticəsi barədə məlumat veriləcək”, – Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Orucov Dibirovaya məktubda yazıb.

AzadlıqRadiosu prokurorluqdan əlavə açıqlama ala bilməyib.

24 saat” “Balakən sakinləri prokuroru məhkəməyə verdi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button