Now Reading:
“Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib” – Rəsmi açıqlama

Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O bildirib ki, MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;

Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək MTRŞ-ya təqdim etməlidirlər:

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Əmək kitabçasının surəti

4. Tərcümeyi-hal

5. Kadrların şəxsi uçot vərəqi

6. Ali təhsil haqqında dövlət sənədi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqanda” Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

Qeyd edək ki, ötən həftə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının yaydığı məlumatda Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçildiyi bildirilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.