Now Reading:
Balaxanı yolları təmir olunur

“Təmiz Şəhər” ASC Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kvadratmetr təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparır və asfalt örtüyünü yeniləyir.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub.

Qeyd edək ki, 2013-2015-ci illərdə isə bu sosial layihə çərçivəsində Balaxanı qəsəbəsində ümumi uzunluğu 87 km-dən artıq olan su xətti çəkilib, 5040 ədəd su sayğacı quraşdırılıb və 20 min nəfərdən çox Balaxanı sakini içməli su ilə təmin edilib.

Xatırladaq ki, təmir-bərpa işləri İqtisadiyyat Nazirliyi ilə Fransanın “CNIM S.A.” şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində aparılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.