2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Balıq əhalinin cibinə görə deyil

2016-cı ildə respublikada 678,9 ton balıq tutulub.

Bunun 315,6 tonu kilkə, 92,5 tonu kütüm, 86,1 tonu siyənək, 67,7 tonu kefal, 49,9 tonu çömçə balığı, 27,3 tonu çapaq, 20,8 tonu da başqa balıqlardır.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Statistika Komitəsinin rəsmi bilgilərində belə deyilir.

Rəsmi statistikaya görə, bundan əlavə ötən il ölkəyə 15 mln 384.8 min manatlıq 9 min 547,53 ton diri və dondurulmuş balıq idxal edilib.

Statistik məlumatlara inansaq, ölkədə tutulan və idxal edilən balıq zəruri minimal tələbdən çoxdur. Nazirlər Kabinetinin qərarına əsasən, minimal istehlak səbətində əhalinin balıq payı ildə 7,7 kq-dır. Ümumdünya Səhiyyə Təşkilatı isə bir nəfərə ildə 19,6 kq balıq yemək tövsiyə edir.

Əhali doyunca balıq yeyə bilirmi?

Bəs, müxtəlif sərvətlərlə zəngin Xəzərin sahilində yaşayan Azərbaycan əhalisi istehlak səbətində nəzərdə tutulan balıq payı ilə normal qidalana bilirmi?

Statistikaya görə, əhali gündəlik rasionda balıq problemi ilə üzləşmir.

Ancaq reallıqda bir çox vətəndaşlar balığı əlçatmaz nemət adlandırırlar.

Mağazalarda çəki balığının 1 kq-ı 12, alabalığın 13,50, kütümün 12,90, nərə balığının isə 50 manatdır. Bu, yerli çeşid balıq növlərinin az bir hissəsidir.

Nərə kürüsü ilə bağlı vəziyyət isə xüsusilə maraqlıdır.

Kürü – rəsmi 206 dollara idxal, 170 dollara ixrac edilir…

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2016-cı ildə respublikaya 228,75 min dollar dəyərində 1,11 ton kürü gətirilib. Ölkədən isə 51,03 min dollar məbləğində 300 kq kürü ixrac edilib.

İdxal edilən kürünün kq-ı təqribən 206 dollar, ixrac edilənin kq-ı isə 170 dollara düşür. Dünya bazarında isə Xəzər kürüsünün 1 kq-ı 600-1000 dollar arasında dəyişir.

Ekspert: “Vergidən yayınmaqdan ötrü qiymətlər süni surətdə azaldılır

İqtisadçı-ekspert Natiq Cəfərli Dövlət Statistika Komitəsinin məlumatlarına şübhə ilə yanaşır. Qara kürünün xaricdə qiymətinin yüksək olduğunu bildirən N. Cəfərlinin fikrincə, Azərbaycanda vergidən yayınmaqdan ötrü qiymətlər süni surətdə azaldılıb.

N.Cəfərli qeyd edib ki, balıq sahəsi tam inhisardadır, ona görə ölkədə bu məhsul bahadır.

“Gürcüstanda alabalıq 5 lari (3,5 manat), bizdə isə xeyli bahadır. Qonşu ölkədə 2 minə yaxın təsərrüfat alabalıq yetişdirir. Azərbaycanda belə müəssisələri barmaqla saymaq olar”, – deyə o bildirib.

Minimal balıq istehlakı standartı ilə bağlı N.Cəfərli deyib ki, Azərbaycanda indikatorlar qəsdən azaldılıb. Çünki əməkhaqqı və pensiyanın minimal məbləği onlardan asılıdır.

“İstehlak səbətinin indikatorları düzgün olsa, ölkədə minimal əməkhaqqı və pensiya 200 manatı keçməlidir”, – deyə N. Cəfərli bildirib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button