Loading...
Loading...
SEÇMƏ

“Balıqlara xütbə” “Asiya Kinosuna Pəncərə”də

Yayımlandı: 8 Sentyabr 2022 13:46

Film Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi “Busan” Beynəlxalq Film Festivalının “Asiya Kinosuna Pəncərə” bölümündə nümayiş olunacaq.

Bu barədə məlumat festivalın rəsmi saytında yerləşdirilib.

“Busan” Beynəlxalq Film Festivalı (Busan İnternational Film Festival, BIFF) 1996-cı ildən keçirilir.

Tokyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı, Asiyanın ən böyük film festivalı hesab olunur.

Festival Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİABF) tərəfindən rəsmi olaraq tanınır.

Builki festival oktyabrın 5-dən 14-dək Cənubi Koreyanın eyniadlı şəhərində keçiriləcək.

“Balıqlara xütbə” 2022-ci il avqustun 3-dən 13-dək İsveçrədə keçirilən “Locarno” Film Festivalının “Pardo Verde WWF Xüsusi Diqqət” və Gənc Münsiflər heyəti tərəfindən verilən “Həyatın keyfiyyəti ətraf mühitdən asılıdır” mükafatlarına layiq görülüb.

Film Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov çəkiliblər.

Meydan TV

Gözdən qaçırmayın:  Şolz Rusiyanın “sızıntı” iddiasını “bəhanə” adlandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button