2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Banderas, Cennifer Lopez və Enrike İqlesiasdan zəlzələ ilə bağlı yardım çağırışı

Yayımlandı: 13 Fevral 2023 14:43

Tarkan Zəlzələdən Yardım Fonduna bir milyon lirə köçürüb

Bir çox dünya ulduzları sosial şəbəkələrdə abunəçilərinə Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində zərərçəkənlərə ianə köçürməyə və ya yardım göndərməyə təşviq edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Onların arasında aktyor Antonio Banderas, müğənni Enrike İqlesias, müğənni və aktrisa Cennifer Lopez, model Kendall Cenner, musiqiçi Mark Eliyahu, aktrisa Priyanka Çopra, aktrisa və teleaparıcı Ellen Dedceneres, müğənni Dua Lipa, modellər Bella Hadid və Cici Hadid də var.

Aktyor Lyuk Evans sosial şəbəkədə paylaşdığı postunda “Save children UK” təşkilatın ianə etməyə çağırıb.

“Bölgədə evlər, binalar və digər infrastruktur dağıdılıb, uşaqların qida, sığınacaq və isti geyimlə təmin edilməsi üçün təcili yardıma ehtiyacı var. “Save Children UK” təşkilatına bu qədər tez gəlib Suriyanın şimal-qərbindəki və Türkiyədəki tərəfdaş təşkilatlarla əl-ələ verib işlədiyinə görə təşəkkür edirik. İmkanınız varsa, bu fonda ianə edin”,- aktyor bildirib.

Aktyor Antonio Banderas da zəlzələdə zərərçəkənlərlə əlaqədar paylaşım edib.

“Türkiyə və Suriya xalqlarını həmrəylik içində qucaqlayıram. Onlara yaşadıqları bu böyük faciə ilə bağlı səbir arzulayıram”, – aktyor yazıb.

“Türkiyədə və Suriyada hər kəsə sevgi və güc diləyirəm. Bu, regionda son 100 ildə baş vermiş ən güclü zəlzələdir”, – müğənni Cennifer Lopez “İnstagram” hekayələrində qeyd edib.

Mənbə: ShutterstockTinseltown

O həmçinin qurbanlara ianə göndərmək üçün keçid linki paylaşaraq ehtiyacı olanlara yardımçı olmağa çağırıb.

Müğənni Enrike İqlesias də sosial şəbəkə vasitəsilə abunəçilərinə müraciət edərək ianə verilməsini istəyib.

“Xahiş edirəm, onlara sevginizi, dəstəyinizi və mümkünsə ianələrinizi göndərin”.

Müğənni Aleksandra Stan “İnstagram” hekayələrində zərərçəkənlərin ehtiyac duyduğu zəruri əşyaların siyahısını paylaşıb.

Bildirib ki, humanitar yardım Türkiyəyə yollanacaq.

Müğənni, aktivist Halsi də abunəçilərini humanitar yardım göstərməyə çağırıb: “İtkin düşən hər bir can, ayrılan ailələr və hələ də tapılmayan qurbanlar üçün ürəyim ağrıyır. Mən Türkiyədə çox vaxt keçirmişəm və bu gözəl ölkənin vəziyyətini düşünərək ağlayıram. Türkiyənin, eləcə də Suriyanın hazırda qlobal dəstəyə böyük ehtiyacı var”.

O, qurbanların qidaya, sığınacaqlara, gigiyena vasitələrinə, qış paltarlarına ehtiyacı olduğunu qeyd edərək, ianələrin edilə biləcəyi linki paylaşıb.

Öz növbəsində türk ulduzları da öz ölkələrinə hər cür köməklik göstərirlər.

Müğənni Tarkan fəlakətə ilk reaksiya verənlərdən olub. Elə ilk gün Zəlzələdən Yardım Fonduna bir milyon lirə köçürüb.

Kahramanmaraşda fevralın 6-da birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adama, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb.

Minlərlə ev dağılıb və dağıntılar altında insanlar qalıb.

Zəlzələ Suriyaya da təsir edib.

Burada da yüzlərlə ev dağılıb və 3 minədək insan həyatını itirib, tarixi abidələr zədə alıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button