2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bandotdel”də jurnalistə inanılmaz işgəncə verilib FOTO VİDEO

Siyasi Məhbusların Müdafiə Mərkəzi və Siyasi Məhbus Ailələrinin Kordinasiya mərkəzi həbsdə olan jurnalist, “7 gün” saytının təsisçisi və redaktoru Cavid Şirəliyevlə bağlı toplantı keçirib.
Hüquq müdafiəçisi Oktay Gülalıyev Cavid Şirəliyevin siyasi məhbus olduğunu bildirib. Onun diqqətdən kənar qalmasını əvvəllər müdafiəsinin düzgün qurulmaması ilə əlaqələndirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin Cavid Şirəliyev barəsindəki 5 il azadlıqdan məhrumetmə hökmünü Gəncə Apellyasiya məhkəməsi də qüvvədə saxlayıb. Hazırda Cavid Şirəliyev 9 saylı Cəzaçəkmə müəssisəsində çəza çəkir.
Tədbir də iştirak edən vəkil Bəhruz Bayramov onun müdafiəsinə qoşulduğunu bildirib. Cavid Şirəliyev barəsində hökmdən kasassiya şikayəti verdiyini də deyib.
Eləcə də, toplantıda Cavid Şirəliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində inanılmaz işgəncələrə məruz qalması barədə müraciəti səsləndirilib.
Toplantıda məhşur olmayan siyasi məhbusların haqqında məlumat toplanması, onların məruz qaldığı işgəncə və digər qanunsuz əməllərin ictimaiyyətə çatdırılması məsələsi müzakirə olunub. Məhbus ailələri ilə kordinasiyanın güçləndirilməsi qərara alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

[youtube https://www.youtube.com/watch?v=qgTGF5geF9o?feature=oembed&w=500&h=281]

azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button