2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bank işçisi Şəmkirdə ağır qəza törətdi – 4 ÖLÜ, 5 YARALI

Şəmkirdə iki avtomobilin toqquşması ağır nəticələrə səbəb olub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə “VAZ 2106” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan 7 nəfər Şəmkir sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Mercedes”in sürücüsü isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona sağ diz oynağının əziyi, sağ və sol dirsəyin sıyrığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir, ambulator müalicə üçün evə buraxılıb.

İntiqam Muxtarovun dediyinə görə, o, Şəmkir şəhərində yerləşən banklardan birində işləyir. Hadisə şəxsi avtomobili ilə Gəncəyə qayıdarkən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button