2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bank sektoru tənəzzülə gedir

Nemət Əliyev: “Borc öhdəliklərini yerinə yetirmək üçün sahibkarlara, əhaliyə pul qazanmaq imkanları yaradılmalıdır”

Ölkənin bank sistemində çökmə prosesi davam edir. Bu barədə rəsmi açıqlamalarla yanaşı, hətta xarici reytinq agentlikləri də bəyanatlar verməkdədir. Yada salaq ki, “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova “APA-Economics”ə açıqlamasında bu il Azərbaycanın bank sektorunda “təmizləmə”nin, bankların sayının azalması prosesinin davam edəcəyini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

M.Malyukova bankların hazırda problemli kreditlərlə mübarizə apardığını, əsas məqsədin kreditlərin restrukturizasiyası və qaytarılması, risklərin minimallaşdırılması olduğunu deyib: “Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır. Asan olmayan iqtisadi şəraiti və bank sektorunda qalmaqda olan riskləri nəzərə alaraq deyə bilərəm ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır”.

İqtisadçı-ekspert Nemət Əliyev təmizləmə dedikdə, “Moody`s”un bankların, bank filiallarının, şöbələrinin sayının bundan sona da azalacağını nəzərdə tutduğunu söyləyir. Ekspertə görə, agentlik sözçüsü bununla çökmə prosesinin daha da dərinləşəçəyinə işarə edib:

“Beynəlxalq reytinq təşkilatı bank sisteminin gerçək mənzərəsini təsvir edib. Başqa cür ola da bilməz. Çünki ölkənin bank sistemi yürüdülən naşı siyasətin güdazına verilib. Yalnız bu ilin yanvar ayında ölkə bankları yarım milyard manat zərər edib. Aylıq zərərin həcmi əvvəlki ayla, dekabr ayı ilə müqayisədə 100 milyon manat və ya 25 faiz artıb. Aydan-aya zərər məbləği artmaqdadır. Hökumət siyasətində isə yeni yanaşmaya rast gəlmək olmur”.

Ekspert məzənnə siyasətinin kökündən yanlış olduğunu da deyir. O, manatla ucuz kredit resurslarının önünü açmağın gərəkliyini söyləyir. Yalnız bununla əhali, sahibkarlar iqtisadiyyatda canlanma yarada bilər:

“Sahibkarlara, həm də istehlak kreditlərindən istifadə edən əhaliyə pul qazanmaq imkanları yaradılmalıdır ki, bank qarşısındakı borc öhdəliklərini yerinə yetirə bilsinlər. Bu, olmayacaqsa, problemli kreditlər də böyüməkdə davam edəcək. Hələ ki, bu istiqamətdə dəyişiklik müşahidə olunmur deyə, bankların çöküşü də davam edəcək. Amma gərəkən qərarların verilməsində hökumət çox geçikir. Sonradan bunun altından çıxmaq çox çətin olacaq”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button