2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bank sektorunun kredit resursları baha, şərtləri ağır və sərfəsizdir”

Ötən ilin ümumi kredit portfeli açıqlanıb

Azərbaycanda 2021-ci ildə ümumi kredit portfeli 17 milyard 119,8 milyon manat olub.

Mərkəzi Bankın 2021-ci illə bağlı açıqladığı hesabatda belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin məbləğin 17.5 faizi ticarət və xidmət sektoruna, 4,4 faizi  mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna, 5,3 faizi inşaat və tikinti sektoruna, 5,7 faizi sənaye və istehsal sektoruna ayrılıb. 

Ev təsərrüfatlarına isə ümumi 8 milyard 607 milyon manat kredit verilib.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, kredit portfelinin sahələr üzrə strukturu rəsmi statistikada diqqəti çəkən məqamlardan biridir: “8 milyard 607 milyon manat ev təsərrüfatlarına təqdim olunub. Bu, ipoteka kreditləşməsi daxil olmaqla əsasən istehlak kreditləşməsidir. Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib”.

İqtisadçı bildirib ki, iqtisadiyyat üçün vacib olan sənaye və istehsala isə cəmi 971 milyon manat kredit ayrılıb. Bu, ümumi kredit portfelinin cəmi 5.4 faizi deməkdir: “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə il ərzində 591 milyon manat (3,5 faiz) yönəldilib. Bu isə o deməkdir ki, kreditlərin cəmi 8.9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib. Deməli, bank kreditlərinin hətta 10 faizi belə sözügedən iki vacib sahəyə təklif olunmayıb”.

Vüqar Bayramov bildirir ki, göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur:

Vüqar Bayramov
Source: Meydan TV

“Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi real sektorunun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil”.

İqtisadçı bildirir ki, bu kontekstdən Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur: “Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ehtiyac var”.

İqtisadçı Rövşən Ağayev isə bildirib ki, bu yaxınlarda Gürcüstan Mərkəzi Bankı da ölkədə bank sektorunun dayanıqlılığını bir sıra ölkələrlə müqayisə edən hesabat açıqlayıb.
 
Hesabata görə, Gürcüstan ev təsərrüfatlarının kreditlərinin ÜDM-də payı 32 faizə yaxındır. Ermənistanda bu, 29, Polşada 35,5, Almaniyada 58, ABŞ-da 79, Böyük Britaniyada 94 faiz təşkil edir: “Azərbaycanda isə 2021-ci ilin yekunlarına görə 9 faizdən bir az artıq olub. Bu göstərici dolayısı ilə göstərir ki, biznesin inkişafında olduğu kimi ev təsərrüfatlarının da tələbatının qarşılanmasında bankların töhfəsi çox məhduddur”.

İqtisadçı deyir ki, eyni zamanda, bank sektorunun kredit resursları baha, şərtləri ağır və sərfəsizdir: “Bundan əlavə, ev təsərrüfatlarının gəlir imkanları da məhduddur. Onların rəsmi gəlir mənbələri çox azdır. Bütün bu səbəblərdən banklar üçün riskli müştəri seqmenti var”.

Rövşən Ağayev deyir ki, heç biznes kreditlərin də payı yüksək deyil. Özəl sektorun kreditləşmə əmsalı (ÜDM-ə nisbətən) 3-cü dünya ölkələri səviyyəsindədir.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Mərkəzi Bankın 2021-ci il üçün açıqladığı hesabatda o da bildirilir ki, pandemiyaya görə iqtisadi böhranla yadda qalan 2020-ci illə müqayisədə ötən il banklar iqtisadi göstəricilərini yaxşılaşdıra bilib. 

2021-ci il ərzində Azərbaycan banklarının toplam xalis mənfəəti 609 milyon manata yüksəlib. 2020-ci ildə bu rəqəm 568 milyon manat olmuşdu. 2021-ci ildə bu göstərici 41 milyon manat və ya 7.2 faiz artıb.

Bank sektorunun büdcəyə ödədiyi mənfəət vergisinin həcmi 165 milyon 600 min manat olub.

Hazırda ölkədə 26 bank fəaliyyət göstərir. Maliyyə hesabatlarından aydın olur ki, həmin bankların 23-ü ili mənfəətlə, üçü isə zərərlə başa vurub. Zərərlə işləyən hər üç bank xarici ölkələrə məxsusdur.
 
Onlar Pakistan Milli Bankının, “Bank Melli İran”ın Bakı filiallarından və Türkiyənin “Yapı Kredi Bankı”nın Azərbaycan filiallarıdır.

İlboyu ən çox mənfəət əldə edən bank isə hər zaman olduğu kimi, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı olub. Bank sektorunun toplam mənfəətinin 34.3 faizi – 209 milyon manata yaxını, sadəcə, Beynəlxalq Banka çatıb.
 
Dövlətə məxsus digər bankın – “Azərtürk Bank”ınsa mənfəəti cəmi 546 min manat olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button