2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bank soyğunu: 7%-lə əmanət qəbul edib, 30%-lə kredit verirlər

Vüqar Bayramov: “Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var”

“Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha da dərinləşib. Aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edirlər”.

Bunu iqtisadçı Vüqar Bayramov deyib.
İqtisadçı qeyd edib ki, bəzi banklarda hətta avro depozitləri dividendsiz qəbul olunur, manat əmanətləri də cəlbediciliyi itirməkdədir.

O qeyd edib ki, illik əmanətlər 7 faiz gəlir gətirir:

Saytların yığılması Saytlarin yigilmasi

“Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik təlabat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bank Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına rəğmən sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil”.

Onun fikrincə, bu o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir.

V.Bayramov bildirib ki, xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilir.

“Mərkəzi Bankın rəsmi statistikasına əsasən, bu ilin iyul ayında banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb”.

O, deyib ki, kredit qoyuluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq, fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir.

“Belə olan halda isə, əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçurumu izah etmək çox çətindir. Əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlara da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir. Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də, bu, heç də yüksək kredit faizləri üçün əsas ola bilməz”.

İqtisadçı deyir ki, kreditlərin yüksək faizi bankların risklərini sığortalamır, əksinə, onlar üçün yeni risklər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir:

“Mərkəzi Bankın statistikasına görə, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib”.

Onun fikrincə, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir.

“Problemli kreditlərin artımı yalnız xarici valyuta deyil, həmçinin manat kreditlərin də də müşahidə edilir. Göründüyü kimi, kredit faizlərinin tənizmlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir. Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button