Now Reading:
“Bank VTB”dən ikibaşlı söhbət

“Bank VTB (Azərbaycan)” güzəştli ipoteka krediti verilməsini bərpa etsədə, rəsmi olaraq bu kredit verilmir.
Bankdan “Ölkə.Az”a verilən məlumata görə, hazırda “Bank VTB (Azərbaycan)” tərəfindən güzəştli ipoteka kreditlərinin təqdim olunması bərpa olunub. Müştəri müraciət etmək üçün e-gov.az/portal/ saytından qeydiyyatdan keçməlidir.

Azərbaycan İpoteka Fondu ASC-dən verilən məlumatda isə hazırda heç bir müvəkkil təşkilatlar (banklar) güzəştli ipoteka krediti təqdim edə bilmir. Buna səbəb isə hazırda sözügedən kreditdə limitin olmamasıdır.

“Bank VTB (Azərbaycan)”ın reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Ülfət Əhmədova da Fondun verdiyi məlumatları təsdiqləyib. Onun sözlərinə görə, hazırda bankda adi ipoteka krediti verilir və bank tərəfindən güzəştli ipoteka kreditinin verilməsi dayandırılıb.
Sözügedən kredit verilmədiyi halda bank müştərilərinə “güzəştli ipoteka kreditini bərpa etmişik”- deməsi müxtəlif fikirlər yaradır.

Amma ən əsası, bankın rəsmi saytından güzəştli ipoteka krediti haqqında məlumat toplayaraq baş ofisə yaxınlaşan müştəri adi ipoteka kreditinin şərtlərilə daha ətraflı tanış olur. Bu isə adi ipoteka kreditinin ucuz reklamı və təbliğatıdır.

Qeyd edək ki, hazırda güzəştli ipoteka kreditində limit olmadığı üçün heç bir bank sözügedən krediti vermə hüququna malik deyil.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.