2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bankdan pulunu tələb edənlərə həqarət

İqtisadçı ekspert Əkrəm Həsənov şəxsi Facebook hesabından problemli əmanətlərlə bağlı yeni xəbər paylaşıb. Ekspert “Bank Standard”ın Kreditorlar Komitəsinin 3 saat davam edən iclasından sonra rəhbərlik səviyyəsində kreditorlara pullarının batması xəbərinin verildiyini bildirib. Ə. Həsənovun yazıb: “Əsas nailiyyətimiz: Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadovun maskası düşdü. Kreditorlara dedi ki, pulunuz batıb, əlavə heç bir sənəd verib sizə kömək etməyəcəyəm, bankın olan-qalan əmlakını da özümüzə götürəcəyik. Üstəlik, məni də şərlədi ki, guya əhalini banklarda əmanət saxlamamağa çağırıram. Halbuki, onun öz hərəkətləri əmanət saxlamamaq üçün ən böyük dəlildir.” İqtisadçı bildirib ki, o bu gün bank qarşısında borcuna görə özünü yandıran şəxs haqqında da məlumat verib. “Banklara borcu olanı az qala öldürürlər, amma banklarda pulu batanlara görə heç kəs cəzalandırılmır. Sonda da Cavadov kimisi az qala kreditorlara deyir ki, siz kimsiniz axı, sizə nə isə təqdim etməli olum”- Ə.Həsənov deyib. O, məsələnin təfərrüatları ilə bağlı sabah geniş yazacağını açıqlayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button