2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu?

Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1,5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı hala növbəti hərraclarda uyğun olaraq 51,2 milyon dollar, 35 milyon dollar, 18,7 milyon dollar, 1,5 milyon dollar olub və nəhayət sonuncu hərracda tələbat olmayıb.

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159,1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox – 642,7 milyon dollar idi:

“Ağıla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1,7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1,6990 AZN, 5 bankın alış məzənəsi 1,6980 AZN, 4 bankın alış məzənnəsi 1,6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır”.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertin sözlərinə görə, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1,6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi:

“Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır”.

Ekspert buna Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğunun olmasının və ya ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığının yaranmasının səbəb ola biləcəyini deyib.

The post Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu? appeared first on 24 saat.

“24 saat “Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button