2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Banklarda manat niyə qıta çıxıb?

Artiq bir müddətdir ki, banklarda manat qıtlığı yaşanır.

Elə bu səbəbdəndir ki, Mərkəzi Bankın hərraca çıxardığı xarici valyutanın-dolların az hissəsi satılır.

24saat.org-a daxil məlumata görə, məsələnin kökündə iki maliyyə bossunun – maliyyə naziri Samir Şərifovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov arasında baş qaldıran ziddiyyətlər dayanır. Məlumata görə, dekabr devalvasiyasından sonra hər iki məmur arasında münasibətlər pisləşib. Qaynağımız bildirir ki, Samir Şərifov sərt devalvasiya tərəfdarı olmaqla Elman Rüstəmovu çətin vəziyyətə salıb. Maliyyə naziri manatın daha çox ucuzlaşması ilə cavabdeh olduğu büdcənin doldurulmasına çalışır. “Manat ucuzlaşdıqca bahalaşma baş verir. Bahalaşma isə büdcədaxilolmalarının artmasını şərtləndirir. Bu proses Samir Şərifovun maraqlarına uyğun olsa da, banklara nəzarət edən Elman Rüstəmova ciddi zərbədir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda deyilir ki, Elman Rüstəmov manat qıtlığl yaratmaqla növbəti devalvasiyanın qarşısını almağa çalışır. Mərkəzi Bank rəhbəri fərqindədir ki, hər devalvasiyada hədəfə gələn o olur. Ekspertlərin fikrincə, maliyyə bosslarının arasındaki bu qarşıdurma bank sektorunun çökməsinə səbəb ola bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button