2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bankları xilas etməyə 6 milyard lazımdır

“Exo”qəzetində «Azərbaycan seçim qarşısında: bank sisteminin xilası, yoxsa manatın məzənnəsinin saxlanması» sərlövhəli məqalə oxumaq olar.

Müəllif mövzunu ekspertlərlə müzakirə edib.

Saytların yığılması Saytlarin yigilmasi

«Azərbaycanın bank sistemini iki yolla xilas etmək olar. Ya Mərkəzi Bank uçot dərəcəsini 2-3 faiz endirməlidir, ya da bank sektorunun xilası üzrə geniş əhatəli dövlət proqramı qəbul edilməlidir. İlkin mərhələdə buna 6 milyard manat ayrılması yetərli olar», – deyə ekspertlər qəzetə bildiriblər.

Yazıda bildirilir ki, ölkə məhkəmələri bank işləri ilə doludur. Problemli kreditlərin həcmi getdikcə artmaqdadır. Ekspertlər hesab edir ki, əgər hökumət yuxarıda qeyd edilən yollardan birini seçərsə, manatın məzənnəsi enə bilər:

«Mərkəzi Bank isə bankların xilasını yox, manatın məzənnəsinin sabitliyini prioritet elan edib. Təəssüf ki, hökumət, eyni zamanda, paralel olaraq bir neçə məsələni həll etməyi bacarmır».

Ekspertlər vurğulayıblar ki, Azərbaycanın bank sektoru iqtisadiyyatın inkişafına dəstək vermək kimi əsas funksiyasını yerinə yetirə bilmir. Təkcə Beynəlxalq Bankın sağlamlaşdırılmasında hökumət 10 milyard manata qədər vəsait xərcləyib.

Ekspertlərin fikrincə, hökumət və Mərkəzi Bank bu sektorun sağlamlaşdırılması məsələlərində kifayət qədər gecikiblər.

Yazıda bildirilir ki, banklar borclarının artması üzündən xaricdən kredit götürə bilmirlər. Mərkəzi Bankın isə onlara yüksək faizlərlə kredit ayırdığı söylənir.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button