Loading...
Loading...
İqtisadiyyat

Bankların qeyri-faiz xərclərində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı qeyri-faiz xərcləri 20 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (151,719 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (98,693 milyon manat), “PAŞA Bank” (75,807 milyon manat), “Unibank” (42,836 milyon manat) və “Bank Respublika” (30,521 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 11-də qeyri-faiz xərcləri 10-30 milyon manat arasında, 8 bankda faiz xərcləri 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Azərbaycanda 20 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Azər-Türk Bank”, “Bank Respublika”, “Bank BTb” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.

Qalan 20 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (49,9%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (0,9%) qeydə alınıb. 

Renkinq

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button