Bizim tərcümə

Banqladeşi “Sitrang” qasırğası vurdu: 16 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-25 13:15:02

Banqladeşin sahil bölgələrində təsirli olan Sitrang qasırğası dünən quruya çatıb. Leysan yağışları və güclü küləklərə səbəb olan qasırğa nəticəsində 10 milyona yaxın insan işıqsız qalıb.

Xüsusilə cənub və cənub-qərbdə 15 sahil bölgəsinə təsir edən qasırğa səbəbindən məktəblərin fəaliyyəti dayandırılıb. Hökumət rəsmisi Cebun Nahar, ağacların aşması nəticəsində 14 nəfərin həyatını itirdiyini, Camura çayında batan qayıqda 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, Fövqəladə Halların İdarə Edilməsi və Yardım Nazirliyinin katibi Kamrul Əhsən təxliyə edilən 1 milyona yaxın insanın gecəni çoxmərtəbəli sığınacaqlarda keçirdiyini bildirib və “Bu səhər çox sayda insan evlərinə qayıtdı” deyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button